Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dabodan “Neftçi”yə hörmətsizlik – Şəkil

Dabodan “Neftçi”yə hörmətsizlik – Şəkil

Tarix: 12 Iyul 2020 11:38

Baqali Dabo sabiq komandası “Neftçi”yə atmacalı mesaj ünvanlayıb.

Qol.az-ın xəbərinə görə, fransalı hücumçu özünün İnstaqram səhifəsində 2019/20 mövsümü Premyer Liqada qazandığı gümüş medalını və bombardirlik mükafatınının şəklini paylaşıb. Bu zaman o, AFFA və PFL-ə təşəkkür etsə də, mükafatı qazanmasında birbaşa əməyi olan “Neftçi”ni yada salmayıb.

Xatırladaq ki, “Neftçi” ilə Dabo qalmaqallı şəkildə yolları ayırıb. Bunda onun bir müddət əvvəl “Neftçi”də çıxış etdiyi vaxt “Qarabağ” forması ilə çəkdirdiyi çəkil az rol oynamayıb.

Qeyd edək ki, Azərbaycandan getdikdə sonra o, bugünlərdə Kiprin "Apollon" klubu ilə müqavilə bağlayıb.

 


Etiketlər:  Dabodan Neftçiyə hörmətsizlik Şəkil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ