Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bombardir "Sumqayıt"dan ayrıldı - "Mənlik bir şey yoxdur"

Bombardir

Tarix: 12 Iyul 2020 19:40

“Sumqayıt”ın hücumçusu Peyman Babayi komandadan ayrılıb.

Bunu Qol.az-a açıqlamasında İrandan olan, əslən azərbaycanlı futbolçu özü deyib.

Ötən ilin yanvar ayında İranın “Maşınsazi” klubundan 1.5 illiyə icarəyə götürülən hücumçu müqaviləsi başa çatdığı üçün geri dönüb.

25 yaşlı futbolçu əslində Avropa Liqasına vəsiqə qazanan “Sumqayıt”da qalmaq istədiyini, ancaq klubun "Maşınsazi"nin istədiyi məbləği ödəyə bilmədiyini qeyd edib: “Mən indi də istəyirəm ki, “Sumqayıt”da oynayım. Yaxşı baş məşqçimiz var idi. Ayxan Abbasov mənə çox kömək edib. “Sumqayıt”dan heç bir pislik görməmişəm. Biz bir ailə kimi olmuşuq. Əslində mənlik bir şey yoxdur. Avropa Liqasında “Sumqayıt”a köməklik etmək istəyirəm. Mən “Maşınsazi”ni razı saldım ki, “Sumqayıt”da qalım. Sadəcə, müqaviləmin uzadılması üçün “Maşınsazi”nin istədiyi məbləği “Sumqayıt” ödəyə bilmədi. Klublar arasında çoxlu danışıqlar oldu. Ona görə də hazırda Təbrizdəyəm. Ancaq qayıtmağı mən də istəyirəm".

Qeyd edək ki, Peyman Babayi 2019-2020 mövsümündə Premyer Liqamızda 8 qol vuraraq çempionatın şərikli bombardiri olub. 

 


Etiketlər:  Bombardir Sumqayıtdan ayrıldı Mənlik bir şey yoxdur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ