Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2020 22:52
Çin və ABŞ alimləri neyroşəbəkə alqoritmləri sayəsində jest dilini adi dilə avtomatik tərcümə edə bilən əlcək hazırlayıblar.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu əlcək sürtünmə və hiroskop sensorlar dəsti ilə təchiz edilib. Bu sensorlar sayəsində qurğu onun sahibinin barmaq və əl hərəkətlərini izləyir.
Tədqiqatçıların sözlərinə görə, bütün komponentlərin ümumi qiyməti təxminən 50 dollar təşkil edir.
Fiziklər bu əlcəklərin köməyi ilə ingilis dilində 600 ən çox yayılmış sözə uyğun gələn jestləri qeyd ediblər. Növbəti mərhələdə neyroşəbəkənin köməyi ilə bu məlumatlar təhlil olunub. Neyroşəbəkə onlar üçün tipik cəhətləri ayırıb. Qurğu, hətta smartfon və ya digər mobil qurğuların dinamikliyinin köməyi ilə onları səsləndirə bilər.
Alimlər qurğuya üz dərisinə bərkidilən sensorlar dəsti əlavə ediblər. Bu sensorlar jest dilində müəyyən sözlərin formalaşmasında istifadə olunan üz ifadələrindəki dəyişiklikləri müəyyənləşdirə bilir.
Yaxın vaxtlarda qurğunun yalnız laboratoriyada deyil, həm də adi həyatda istifadəsi üçün onun "söz ehtiyatı"nın zənginləşdirilməsi planlaşdırılır.