Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ronaldonun oğlu ilə bağlı istintaq başladı

Ronaldonun oğlu ilə bağlı istintaq başladı

Tarix: 14 Iyul 2020 10:00

Polis "Yuventus"un futbolçusu Kriştiano Ronaldonun 10 yaşlı oğlu Junior Ronaldo ilə bağlı araşdırmaya başlayıb.

Qol.az "The Sun"a istinadən xəbər verir ki, Junior qanunsuz olaraq müstəqil şəkildə reaktiv xizək sürüb və bibisi Elma onu videoya çəkərək "İnstaqram"da yerləşdirib. Bazar ertəsi günü video silinib, ancaq həmin videonu həm Kriştiano Ronaldo, həm də anası Dolores də yayılmayıb.

Portuqaliya mətbuatı videonun şənbə günü Ronaldonun oğlu qohumları ilə istirahət etdiyi Madeyranın cənubunda çəkildiyini yazıb.

Polis nümayəndəsi bu epizodla bağlı istintaq başladığını təsdiqləyib. Çünki reaktiv xizək sürmək üçün xüsusi bir sertifikat tələb olunur. Bundan başqa, bunu yalnız böyüklər sürə bilər.

Portuqaliya qanunlarına görə, bu cür pozuntuya görə,  şəxslərə 260-2,888 funt arasında cərimə tətbiq edilə bilər. Cərimə hüququ şəxslər üçün 10,750 funta qədər yüksələ bilər.

Qeyd edək ki, polis reaktiv xizəkin kimə məxsus olduğunu müəyyənləşdirir.

 


Etiketlər:  Ronaldonun oğlu ilə bağlı istintaq başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ