Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 11:30
11:27
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evlərini hədəf alıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, kənd sakinlərinə heç bir ziyan dəyməyib.
Qeyd edək ki, dünəndən Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və D-30 topundan atəşə tutub.
----------
10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evini hədəf alıb. Atəşlər nəticəsində Dondar Quşçu kəndində yerləşən ev yararsız vəziyyətə düşüb.
Kənd sakinlərinə heç bir ziyan dəyməyib.