Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Philips OLED935” televizorları dördtərəfli “Ambilight” işıqlandırma sistemi ilə təchiz olunub

“Philips OLED935” televizorları dördtərəfli “Ambilight” işıqlandırma sistemi ilə təchiz olunub

Tarix: 15 Iyul 2020 17:45

Niderlandın “Philips” şirkəti “OLED 4K” panellərinin istifadə olunduğu “OLED935” televizorlar seriyasını təqdim edib. Seriyaya satışlarına mayda başlanılan “OLED805” və “OLED855” seriyaları əlavə olunub. Əvvəlki modellər kimi, yeni seriyaya ekran ölçüləri fərqlənən iki televizor daxildir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, “65OLED935” modelində 65, “55OLED935” televizorunda isə 55 düym diaqonallı ekrandan istifadə edilib. Mayda buraxılan qurğulardan fərqli olaraq yeni televizorlar üçtərəfli deyil, dördtərəfli “Ambilight” işıqlandırma texnologiyası ilə təchiz olunub. Televizorlarda süni intellekt alqoritmlərini və ikinci nəsil “Perfect Natural Reality” texnologiyasını dəstəkləyən dördüncü nəsil “P5 Picture Perfect Engine” prosessoru tətbiq edilib. Prosessor 3 giqabaytlıq operativ və 16 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Qurğular “Android TV 9 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

 

Televizorların üstünlükləri kimi 10 nüvəli rənglə iş, “DCI-P3” rəng məkanın 99 faiz əhatə olunması, “Dolby Vision”, “HDR10 plus”, “HDR10” və “HLG” texnologiyalarının dəstəklənməsi sadalanır. Modellər “USB 3.0” və “USB 2.0” portları, dörd “HDMI 2.0” çıxışı, rəqəmli audioçıxış, qulaqcıq üçün çıxış, antena və peyk qəbuledicisi üçün çıxış, şəbəkə portu, sabvufer gücləndiricisi çıxışı, “CI plus” modulu çıxışı, eləcə də “Bluetooth 4.2” və “Wi-Fi 802.11ac” simsiz interfeysləri ilə təchiz olunub. “Bowers & Wilkins” səs altsisteminə malik televizorların qiyməti barədə məlumat verilmir.

 

Nizam Nuriyev




Etiketlər:  Philips OLED935 televizorları dördtərəfli Ambilight işıqlandırma sistemi ilə təchiz olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ