Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 18:33
Ermənistan ölkəmizə qarşı törətdiyi hərbi-siyasi təxribatdan sonra aciz vəziyyətə düşüb və nicat axtarmağa başlayıb. Bu düşmən ölkənin qorxaqlığı, çarəsizliyidir.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
H.Babaoğlu bildirib ki, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda Azərbaycan Prezidenti bir sıra mühüm məslələrə toxunaraq sərhəd bölgəsindəAzərbaycan ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənun düşüdüyü vəziyyətlə bağlı bir sıra mühüm məsələlərə toxundu:
"Ali Baş Komandanımız Ermənistının riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını və eyni zamanda baş nazir Paşinyanın diktaturaya, faşizmə və işğalçılığa əsaslanan rejimini bir daha ifşa etdi. Aydın oldu ki, işğalçı ölkənin düşdüyü vəziyyətdən çıxış yolları arayarkən atdığı addımlar yenə də qorxaqlıq və xofdan doğan riyakar axtarışıardır. Bunun ən bariz nümunəsi özünü qorumaq instikti ilə dərhal KTMT müraciər etməsidir. Halbu ki, elə həmin baş nazir Paşinyan bir müddət öncə KTMT baş katibinin həbs edilməsilə bağlı qərar qəbul etmişdi.
İndi isə həmin hərbi-siyasi təşkilatdan imdad dilənməyə məcbur olub. Bax məsələnin riyakarlıq tərəfi elə buradadır. Şübhəsiz ki, onun bu yalvarışları cavabsız qaldı və qalacaq. Hər şeydən əvvəl ona görə ki, KTMT-yə üzv olan ölkələrin hər biri ilə ayrılıqda Azərbaycanın xüsusi münasibtləri var və bəzən bu münasibətlər strateji tərəfdaşılq səviyyəsindədir. Bundan başqa həmin ölkələrin iderləri ilə Azərbaycan Prezidentinin xüsusi münasibətləri var. Daim müxtəlif çətinliklər zamanı Azərbaycan həmin ölkələrin yanında olub və ən müxtəlif vasitələrlə yardım edib, əməkdaşlıq yaradıb.
Ona görə də hazırki vəziyyətdə də adekvat münasibət gözləyir və əslində elə bu münasibəti də görür. Beləliklə qorxaq və riyakar Paşinyanın qorxusundan KTMT-in çətiri altında gizlənmək niyyəti də baş tutmur. Eyni zamnda Azərbaycan heç kəsin torpağını işğal etməyib, işğalçı Ermənistandır və dərhal işğal etdiyi torpaqları azad etməlidir. Bu mənada beynəlxalq hüquq da, haqq da, ədalət də Azərbaycanın yanındadır. KTMT-yə üzv olan ölkələr də bunu yaxşı bilirlər.
Ancaq bir məsələni də mütləq vurğulamaq lazımdır ki, milli davamızda ölkəmizin bütün resursları Azərbaycan milli naraqlarını müdafiə etməyə səfərbər olunmalıdır. Lakin bəlli olur ki, milli gücün beyini kimi çıxış etməlin olan Xarici İşlər Naziri bu prosesdə adekvat hərəkət etmir. Hətta tam əksinə işğalçı ölkənin xarici işlər naziri ilə görüşdə özbaşına gündəlik müəyyənləşdirir, COVİD-19 müzakirəsi aparır. Bu əsla yolverilməzdir! Ancaq bu gün qürurla söyləyə bilirik ki, güclü Ordumuz var və bu ordu Ali Baş Komandanımızın rəhbərliyi altında düşmənə layiqli cavab verməklə onu yerində otruda bilir və bü mütləq nəticə etibarilə torpaqlarımızın azad edilməsinə gətirib çıxaracaq".