Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 19:15
İyulun 17-də Şimali Kipr Cumhuriyyət Məclisinin sədri Teberrüken Uluçay Azərbaycan Respublikasının Milli Məclisinin sədri Sahibə Qafarovaya zəng edib.
Milli Məclisin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, Teberrüken Uluçay Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olan şəhidlərin ruhunu ehtiramla yad etdiyini bildirərək onların ailələrinə başsağlığı verib, yaralananlara şəfa dilədiyini ifadə edib.
Hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiklərini bildirən Cümhuriyyət Məclisinin sədri Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatı qəti şəkildə pislədiklərini və Ermənistanın bu addımlarının yolverilməz olduğunu vurğulayıb. Sonda cənab Uluçay Azərbaycana daimi rifah və qələbə arzuladığını bildirib.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində göstərilən diqqət və dəstək üçün cənab Uluçaya dərin təşəkkürünü ifadə edib. Sahibə Qafarova bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində güclü orduya malik Azərbaycan Silahlı Qüvvələri Ermənistanın təxribatına dərhal və adekvat cavab verib. Milli Məclisin sədri əminliklə qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü ən qısa müddətdə bərpa edəcək və qələbə çalacaq. Sonda Sahibə Qafarova Cumhuriyyət Məclisinin sədrinə telefon zəngi üçün təşəkkür edib.