Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2025-ci ilədək video müşahidə kameraları bazarının həcmi artmağa davam edəcək

2025-ci ilədək video müşahidə kameraları bazarının həcmi artmağa davam edəcək

Tarix: 18 Iyul 2020 07:12

"COVID-19" pandemiyasının mənfi nəticələrinə, ABŞ-ın dövlət müqavilələrində Çinin "Hikvision" və "Dahua" istehsalçılarının iştirakına qoyulmuş qadağaya baxmayaraq, yaxın 5 ildə video müşahidə kameraları bazarının həcmi artmağa davam edəcək.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, "IDC" analitik şirkətinin proqnozuna görə, müşahidə kameralarının satışından əldə edilən gəlir 2019-cu ildə 23,6 milyard dollardan 2025-ci ildə 44 milyard dollaradək artacaq. Baxılan dövrdə orta illik artım tempi təxminən 13% təşkil edəcək. Analitiklər hesab edirlər ki, "ağıllı" video müşahidə sistemləri və analitik proqram təminatının tətbiqi bazarda müsbət dinamikanı təmin edəcək.

Coğrafi region baxımından Şimali Amerika əvvəlki kimi ən böyük video müşahidə kameraları istehlakçısı olaraq qalacaq. Çin ikinci yeri tutacaq.


Etiketlər:  2025 ilədək video müşahidə kameraları bazarının həcmi artmağa davam edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ