Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2020 15:24
"Mançester Siti" "Valensiya"nın yarımmüdafiəçisi Ferran Torresin transferində israrlıdır.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, "şəhərlilər" qarşı tərəfə bununla bağlı növbəti təklifini edib.
Premyer Liqa təmsilçisi hazırda "Qranada"da icarə əsasında çıxış edən Yanxel Erreradan imtina etməyə hazırdır. Transfer dəyəri 15-18 milyon avro dəyərində göstərilən Errera Torresin transferinin bir hissəsi kimi istifadə oluna bilər. İngilislər 20 yaşlı vingerə 5 illik müqavilə təklif ediblər. Keçid reallaşarsa, müqavilədə onun sərbəst qalma məbləği 100 milyon avro göstəriləcək.
Qeyd edək ki, "Valensiya"nın yetirməsi olan Ferran Torres 2017-ci ildən əsas komandada çıxış edir.