Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2020 14:21
Bu ilin yanvar-iyun aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əczaçılıq məhsulları və tibbi ləvazimatları 319,6 mln. manat xərcləyib.
Sonxeber.net xəbər verir ki, Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 34,5% artıb. Təkcə ötən ay əhaliyə 56,7 mln. həcmində əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb ki, bu da may ayı ilə müqayisədə 5,3% azdır.
Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,7%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.