Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şehiçdən uğurlu mövsüm - Ən az qol buraxan qapıçı oldu

Şehiçdən uğurlu mövsüm - Ən az qol buraxan qapıçı oldu

Tarix: 21 Iyul 2020 18:46

"Qarabağ"ın sabiq qapıçısı, hazırda "Erzurumspor"da oynayan İbrahim Şehiç cari mövsüm Türkiyə birinci liqasında ən az qol buraxan qapıçı olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bosniyalı qolkiper birinci liqada bütün 34 matçda 90 dəqiqə meydanda olub və cəmi 26 qol buraxıb. Bununla da, o, komandasının Türkiyə Superliqasına vəsiqə qazanmasında böyük rol oynayıb.

Qeyd edək ki, "Erzurumspor" 1-ci liqanı 62 xalla 2-ci pillədə tamamlayıb və elitaya yüksəlib.

Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə "Qarabağ"da oynayıb.

Milli.Az


Etiketlər:  Şehiçdən uğurlu mövsüm Ən az qol buraxan qapıçı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ