Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 20:56
"Amazon" şirkəti "Dash Cart" adlı "ağıllı" ərzaq arabasını təqdim edib. Alıcı məhsulları arabaya qoyduqdan sonra ödəniş avtomatik olaraq kassaya getmədən onun bank kartından çıxarılır.
Yeni texnologiya ilk dəfə "Amazon"un Los-Ancelesdə açılacaq mağazasında tətbiq ediləcək.
"Dash Cart" arabası müxtəlif elektronika ilə təchiz edilib: sensor ekran, datçiklər və kompüter görmə sisteminə malik kameralar. Sensorlar real vaxt rejimində alıcının səbətə qoyduğu malları və onun miqdarını, həmçinin rəfə geri qaytarılan malları izləyir. Daxili tərəzi kənardan kömək olmadan məhsulları çəkisini təyin etməyə, skaner isə endirim və bonuslardan ibarət kuponları hesablamağa imkan verir. Yekun məbləğ ekranda göstərilir. "Dash Cart" "ağıllı" ərzaq arabasından istifadə etmək üçün alıcıya yalnız "Amazon"un bank kartına bağlı olan, proqram quraşdırılmış smartfon lazımdır. "Ağıllı" arabadan istifadə edən müştərilər kassada növbə gözləmədən xüsusi çıxışdan mağazanı tərk edirlər, pul hesabdan avtomatik çıxarılır və qəbz poçta göndərilir.