Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2020 21:52
Ekranda barmaq izinin skaneri trendə çevirilib, lakin onu digər təhlükəsizlik sistemləri kimi "aldatmaq" mümkündür. Buna görə də, Samsung smartfonlarını kənar şəxslərdən qorumaq üçün yeni ideyanı patentləşdirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, nəşr olunan patent ərizəsinə əsasən, smartfonun təlükəsizliyi üçün cihaza biometrik sensor yerləşdiriləcək.
Həmin sensor, eyni zamanda üç barmaq izini skan edəcək. Alternativ olaraq əvvəlcədən qeydə alınmış fərdi rəsm tanınma texnologiyasından istifadə olunacaq. Bu, bir növ avtoqrafın variantı olacaq.
Hazırkı vaxtda texnologiya yalnız patentləşdirilib. O, bəlkə də laboratoriyanı heç vaxt tərk etməyəcək, bəlkə də əksinə - bir neçə ildən sonra mobil qurğuların təhlükəsizlik standartına çevriləcək.