Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2020 14:21
Xarici ölkələrdə azərbaycanlıların Ordumuza, dövlətimizə dəstək yürüşləri tamamilə dinc aksiyalardır. Lakin onlara qarşı ermənilər fiziki güc tətbiq edirlər. Bütün bu kimi tədbirlərə soydaşlarımız öz ailələri ilə qatılırlar. Azərbaycan dövləti bu insanların yanındadır.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyev bildirib.
Sədr müavini deyib ki, bütün işlər koordinasiyalı şəklində aparılır. Diaspor təşkilatları ilə gecə-gündüz təmasdayıq. Los-Ancelesdə aksiyada 50 nəfər iştirak edib. Los-Ancelesdə 3 min erməni radikalın qarşısını almaq üçün çox az polis gəlib. Aksiyalarda xəsarət alanların tibbi xərcləri dövlət tərəfindən ödəniləcək. Erməni vəhşiliklərinə lazımi reaksiya verilib və veriləcək.
O, həmçinin bildirib ki, xarici ölkələrdəki soydaşlarımız dinc aksiyaları davam etdirmək istəyirlər. Onlar, eyni zamanda, məsələ ilə bağlı mətbuat konfransları da keçirirlər.