Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2019 13:48
Bakı. Trend:
Ağsu sakinindən sənədsiz tüfəng götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətnindən Trend-ə verilən məlumata görə, iyunun 19-da Ağsu Rayon Polis Şöbəsinə müraciət edən Ağabəyli kənd sakini olan qadın həmkəndlisi R.Yolçuyevin onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib.
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilib, bu zaman müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin