Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Komitə sədri: Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır

Komitə sədri: Beynəlxalq qurumlar köçkünlərin yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır

Tarix: 20 Iyun 2019 16:18

Bakı. İlhamə İsabalayeva - Trend:

BMT-nin bütün qurumlarına müraciət edərək bildirmək istəyirəm ki, biz təşkilatın 4 qətnaməsinin icra mexanizmini araşdırmalıyıq.

Trend-in məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev 20 iyun - Beynəlxalq Qaçqınlar Günü münasibətilə keçirilən tədbirdə çıxış edən zaman deyib.

Onun sözlərinə görə, işğalçı Ermənistan öz işğal siyasətindən əl çəkməlidir: "Biz işğalçılara və onlara dəstək verənlərə səslənməliyik. Çünki hər bir insanın layiqli həyat yaşamaq hüququ var və bu təmin edilməlidir. Azərbaycanda və dünyada olan qaçqınlara dəstək var. Amma bu dəstək təbii ki, kifayət deyil. Çünki onlar bütün keçmişlərini itiriblər və gələcəkləri şübhə altındadır".

R.Rzayev qeyd edib ki, Azərbaycanda münaqişə siyasi həllini tapmasa da, köçkünlərin həyat tərzinin yaxşılaşdırılması istiqamətində addımlar atılır. Bunun üçün bütün imkanlardan istifadə olunur. Azərbaycanda bu günə qədər 300 mindən çox məcburi köçkün evlə təmin olunub, onların mənzil şəraiti yaxşılaşdırılıb.

Komitə sədri hesab edir ki, Azərbaycanda məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı nümunəvi addımlar atılır, çünki dünyadakı bütün köçkünlər üçün bu imkan yaradılmayıb:

"Azərbaycan köçkünləri bu gün dövlət tərəfindən qayğı ilə əhatə edilib. Amma beynəlxalq qurumlar tərəfindən onların yurd-yuvalarına qayıtması üçün daha ciddi addımlar atılmalıdır".


Etiketlər:  Komitə sədri Beynəlxalq qurumlar köçkünlərin yurd yuvalarına qayıtması üçün daha ciddi addımlar atmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ