Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Samsung”un smartfonları pasportu əvəz edə biləcək

“Samsung”un smartfonları pasportu əvəz edə biləcək

Tarix: 28 Iyul 2020 07:04

"Samsung"un smartfonları Almaniya vətəndaşları üçün pasportu əvəz edəcək. Bu layihə üçün şirkət ölkənin Federal İnformasiya Təhlükəsizliyi İdarəsi, "Bundesdruckerei" və "Deutsche Telekom Security" şirkətləri ilə birgə işləyir.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, tərəfdaşlar almanlara milli eyniləşdirmə vəsiqələrini smartfonlarda saxlamağa imkan verəcək təhlükəsiz sistemi işləyib hazırlayıblar. Bu imkan cari ilin sonunda istifadəçilərə əlçatan olacaq.

Məlumatların mühafizəsi aparat səviyyəsində reallaşdırılıb. "Samsung"un smartfonlarında təhlükəsizlik çipindən istifadə olunur.

Belə seçim "Samsung Galaxy S20", "Samsung Galaxy S20 " və "Samsung Galaxy S20 Ultra" modellərinin sahiblərinə əlçatan olacaq. Bu smartfonların sahibləri xüsusi proqram vasitəsilə öz ID-ni əlavə edə biləcəklər. Bunun sayəsində istifadəçilər asanlıqla dövlət xidmətlərindən istifadə edə bilərlər.


Etiketlər:  Samsungun smartfonları pasportu əvəz edə biləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ