Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2020 21:06
Koronavirusun profilaktikası, eləcə də xəstələrə yüksək dozada təyin olunması ilə bağlı vitamin C gündəmə gəlib və hər kəs bu vitamin apteklərdən almağa çalışır. Qeyd edək ki, vitamin C bir çox qida məhsullarında var, Azərbaycan meyvə-tərəvəzlə bol ölkə olduğundan və yay aylarında yaşadığımızdan indi süni vitamin C yox, elə təbii vitamin C də əldə etmək olar.
Həkimlər də vitamin C üçün ən yaxşı mənimsəmə yolunun təbii qidalar olduğunu bildirir.
Sonxeber.net medicina.az-a istinadən vitamin C ilə ən zəngin qidaların siyahısını təqdim edib. Hazırda koronavirusa görə günlük 1000 mq dozada vitamin C tövsiyə edilir. Bəs bu qədər miqdarı ən çox hansı meyvədən, tərəvəzdən ala bilərik?
Hər 100 qramda olan C vitamini əsas götürülüb:
1. İtburnu - 100 qramında 650 mq vitamin var. İtburnunu əzib, termosda dəmləyib, təzə-təzə içmək lazımdır.
2. Şirin bolqar bibəri - daha çox qırmızısında. 100 qramında 200 mq C vitamini var
3. Kivi - 180 mq vitamin var
4. Cəfəri - 150 mq var
5. Şüyüd - 100 mq var
6. Bütün növ kələmlər - gül, brokkoli, ağ, qırmızı, hətta kələmin duzda şorabası, suyu və s. 80-70 mq C vitamini var
7. Portağal - 60-50 mq var
Bişirdikdə, çox qaynatıqda, termiki işlənmədə C vitamini tez parçalanır. Ona görə meyvələri çiy yemək məsləhətdir.
Beləliklə, gün ərzində 2 stəkan itburnu dəmləməsi, 1 portağal, 2 kivi yemək, 3 bolqar bibəri, 200 qram kələm, cəfəri, şüyüd salatı edib üzərinə zeytun yağı sıxıb yeməklə siz günlük C vitamini dozanızı ala bilərsiz
Əslində C vitamini çox meyvə tərəvəzdə göyərtidə var, amma ən çox bunlardadır. C vitamini sarımsaqda da var. Amma onda azdır. və sarımsağı çox yemək də olmur.