Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 18:48
Bakı. Mətanət Nəsibova - Trend:
Almaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ATƏT Minsk qrupunun səylərini dəstəkləyir və uzunillik problemin dinc yolla həllinin tərəfdarıdır.
Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab deyib.
Səfir qeyd edib ki, Almaniya bu məsələdə status-kvonun qəbuledilməzliyini ifadə edib və danışıqlar prosesinin davam etməsini vacib sayır:
“Azərbaycan və Ermənistan rəhbərləri səviyyəsində keçirilmiş son görüşün, eləcə də xarici işlər nazirlərinin görüşünün yekunları tərəflərin münaqişənin nizamlanması istiqamətində siyasi dialoqun davam etməsinə hazır olduğunu göstərdi. Bu, müsbət faktdır və Almaniya hökuməti bunu alqışlayır. Biz ATƏT Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş vasitəçilik missiyasını dəstəkləyirik”.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin