Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çavuşoğlu: Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı xəsarət alıb

Çavuşoğlu: Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı xəsarət alıb

Tarix: 5 Avqust 2020 01:16

Bakı. Trend:

Livanın paytaxtı Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu yazıb.

M.Çavuşoğlu bildirib: "Livanda baş verən partlayış nəticəsində iki Türkiyə vətəndaşı yüngül xəsarətlər alıb. Hazırda onların vəziyyəti yaxşıdır".

Xatırladaq ki, Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Partlayış nəticəsində azı 70 nəfər həlak olub, 3,7 min nəfər isə xəsarət alıb.


Etiketlər:  Çavuşoğlu Beyrutda baş verən partlayışda Türkiyə vətəndaşı xəsarət alıb


RƏYLƏR