Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Avqust 2020 09:45
“Microsoft” şirkəti “Windows” sisteminin aktual yeniləməsi ilə əlaqədar kompüterlərin məhsuldarlığında sürətlə bağlı qeydə alınan problemi etiraf edib. Söhbət “KB4559309” avtomatik yeniləməsindən gedir.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, şirkətin mütəxəssisləri sözügedən problemin həlli üzərində işlədiklərini bildiriblər. “Microsoft”un nümayəndəsi deyib ki, mühəndislər qurğularda sürətin azalması məsələsini araşdırırlar, ancaq onlara daha çox informasiya lazımdır. Mütəxəssislər istifadəçilərdən sistemdəki səhvlər haqqında hesabatları onlara göndərməyi xahiş ediblər.
“Windows” sisteminin istifadəçiləri iyunda “KB4559309” sistem yeniləməsindən sonra məhsuldarlığın azalması ilə bağlı problemə diqqət yetiriblər. Onların sözlərinə görə, kompüterlər xeyli zəif işləməyə başlayıb, ilk növbədə problem “Edge” brauzerinin işləmə sürətinə təsir edib.
Emil Hüseynov