Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO)

Tarix: 5 Avqust 2020 10:21

Bakı. Trend:

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində rayonun Qəbələ Müskürlü kənd sakini, əvvəllər də məhkum olunmuş Teymur Əmircanov saxlanılıb. Onun kənd ərazisində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan xüsusi qulluq göstərilməklə yetişdirilən 30 ədəd çətənə kolu və 1 kiloqram 480 qram qurudulmuş marixuana aşkar olunaraq, maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs çətənə kollarını mart ayında əkib-becərdiyini və qulluq göstərdiyini bildirib.

Faktla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO) - Gallery Image Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO) - Gallery Image Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  Göyçayda narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ