Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

Tarix: 22 Iyun 2019 13:03

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 20-də 65,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,24 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,27 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,81 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,2 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 64,97 dollar/barel olub, bu da əvvəlki göstəricidən 2,37 dollar/barel çoxdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan nefti bahalaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ