Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı molekul bazalı sprey hazırlanır

Koronavirusa qarşı molekul bazalı sprey hazırlanır

Tarix: 6 Avqust 2020 20:40

İspaniyalı alimlər ağız ətrafına püskürdülməklə koronavirusun yayılmasının qarşısını almaq imkanına malik sprey hazırlayırlar.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə İspaniyanın Elmi Tədqiqatlar üzrə Ali Şurasından (CSIC) məlumat verilib.

Spreyin polisaxarid əsaslı molekullarının infeksiyanı effektiv şəkildə saxlaması təsdiq olunduğu təqdirdə ondan, həmçinin virusun başqa növləri ilə mübarizə məqsədilə istifadə olunacaq. Bu molekullar bir çox mikroorqanizmlərin hüceyrələrə daxil olmaq üçün istifadə etdiyi mexanizmə təsir edir.

Araşdırmanın müəlliflərindən biri, Ümumi Üzvi Kimya İnstitutunun əməkdaşı Xulia Revueltanın sözlərinə görə, bu infeksiya ağız boşluğu-udlaqda başlayır. Ona görə də spreyin müəyyən molekul bazalı dərman forması virusun hissəciklərinin keçməsinə maneə yaradacaq və onun təsirini məhv edəcək.


Etiketlər:  Koronavirusa qarşı molekul bazalı sprey hazırlanır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ