Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib

Cənubi Koreya prezidenti ölkənin 7 regionunu “xüsusi təbii fəlakət zonası” elan edib

Tarix: 7 Avqust 2020 15:04

Bakı. Trend:

Cənubi Koreya prezidenti Mun Çje İn aramsız yağan leysanlarla əlaqədar ölkənin 7 şəhər və mahalını “xüsusi təbii fəlakət zonası” elan edib.

Trend-in məlumatına görə, son günlər ərzində davam edən leysan nəticəsində azı 17 nəfərə həyatını itirib. Daha 10 nəfər itkin düşmüş hesab edilir.

Təbii fəlakət zonalarında 6 mindən çox bina dağılıb, 2,5 minə yaxın sakin təxliyə edilib.

Yağıntıların davam edəcəyə təqdirdə “xüsusi təbii fəlakət zonaları” siyahısının artacağı istisna edilmir.


Etiketlər:  Cənubi Koreya prezidenti ölkənin regionunu xüsusi təbii fəlakət zonası elan edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ