Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 20:30
Bu neyroendokrin sindrom doğuş və abortdan sonra coxlu qanitirmədən və ya bakterial şokdan damar spazmı, yaxud qanın damardaxili laxtalanması sindromu nəticəsində, hipofizdə nekrotik dəyişikliklərin inkişafı ilə əlaqədar əmələ gəlir. Bu sindromun əmələgəlmə səbəblərindən biri də hestozlardır.
Klinikası:
Endokrin vəzilərin - ilk növbədə qalxanvari, böyrəküstü və cinsiyyət vəzilərinin müxtəlif dərəcəli hipofunksiyası ilə səciyyələnir.
Hipofiz vəzin trop hormonlarının çatışmazlığından asılı olaraq sindrom tam və natamam formalara bölünür.
Klinik gedişatına görə yüngül və ağır formalara ayırd edilir.
Diaqnostika:
Sorğu əsasında xəstəliyin başlanmasının doğuş və ya abortdan sonrakı ağırlaşmalarla əlaqədar olduğu aşkarlanır, erkən zahılıq dövründə aqalaktika qeyd olunur.
Hormonal müayinələr vasitəsilə hipofizin trop hormonlarının hipofunksiyasının forma və ağırlıq dərəcəsini və bunun nəticəsi kimi bu vəzilərin periferik hormonlarının konsentrasiyasının enməsini aydınlaşdırmaq olur.
Müalicə:
Xəstəliyin formasından asılı olaraq əvəzedici hormonal terapiya aparılır.