Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Avqust 2020 20:46
Azərbaycan Prezidenti İlham Əliyevin uzun illərdir apardığı siyasətin mərkəzinə hər zaman vətəndaş amili dayanıb.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.
C.Osmanov bildirib ki, ölkəmizdə insanların sosial rifahının gücləndiriməsi istiqamətində hər zaman davamlı və sistemli tədbirlər həyata keçirilib:
"Koronavirus pandemiyasına qədər də belə olub. Pandemiya dövründə vətəndaş amili xüsusən daha önə çıxarıldı. Yəni dövlət başçısı pandemiya dövründə iqtisadi fəallığı deyil, vətəndaşların sağlamlığını və rifahını əsas götürdü. İnsanlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün çox davamlı tədbirlər müəyyənləşdirilib həyata keçirildi".
Deputat həmçinin bildirib ki, şəhid ailələrinə və müharibə əllilərinə xüsusi qayğı hər zaman Prezidentin nəzarətində olub:
"Cənab Prezident İlham Əliyev bu təbəqədən olan insanlara xüsusi diqqət yetirərək bu günə qədər 8000-dən çox şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə fərdi evlərin və mənzillərin verilməsi həyata keçirilib. 2020-ci ildə isə bu rəqəmin rekord həddə çatdırılması nəzərdə tutulur. Belə ki, ötən il 934 mənzil və fərdi ev verilmişdisə, ondan əvvəl bu say 500-700 civarında olurdusa, 2020-ci ildə müvafiq kateqoriyadan olan vətəndaşlara 700 mənzil və 800 fərdi evin verilməsi nəzərdə tutulub ki, bunun da bir hissəsi artıq təqdim olunub.
Eyni zamanda bu təbəqədən olan insanlara verilən müavinətlərin artırılması, 242 manatdan 300 manata çatdırılması da məhz ölkə Prezidentinin bu insanlara olan qayğısının bazir nümunəsidir".
C.Osmanov əlavə edib ki, şəhid ailələrinə 11000 manat birdəfəlik müavinətlərin verilməsi artıq başa çatmaq üzrədir və bu günə qədər 18000-dən çox şəhid ailəisinə bu vəsaitin verilməsi təmin edilib:
"Eyni zamanda bu günə qədər bu təbəqədən olan insanlara 7000-ə yaxın minik avtomobili verilib və bu il 400 ədəd minik avtomobilinin verilməsi həyata keçiriləcək.
Sadaladığım bu tədbirlər bir daha göstərir ki, bu təbəqədən olan insanlara cənab Prezidentin diqqət və qayğısı hər zaman yüksək olub".