Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2020 04:32
Əfsanəvi boksçular Mayk Tayson və Roy Cons arasında döyüş noyabrın 28-də baş tutacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə "Ring" jurnalı məlumat yayıb. Nəşrin yazdığına görə, mübarizədən əldə olunan gəlirləri artırmaq məqsədilə M.Taysonun komandası döyüşü təxirə salmaq qərarına gəlib. Bu yaxınlarda komandaların görüşündən sonra R.Consun yeni tarixdə döyüşün keçirilməsinə razılıq verdiyi qeyd olunur. Qarşılaşma Kaliforniya ştatında baş tutacaq və 8 raunddan ibarət olacaq.
Bundan əvvəl ESPN telekanalı döyüşün sentyabrın 12-də keçiriləcəyini bildirmişdi.
Əlli üç yaşlı Mayk Tayson karyerası ərzində 58 döyüş keçirib. Onların 50-də qələbə (44-ü nokautla) qazanan dünya şöhrətli boksçu 6 qarşılaşmadan məğlub ayrılıb. Roy Consun hesabında 47-si nokautla olmaqla 66 qələbə var.