Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2020 23:52
Yamaha-nın üzərində çalışdığı motosiklet layihəsi bugünkü motosikletləri tamamilə yeni bir səviyyəyə qaldıracaq kimi görünür. Zəncirlər və ya kəmərlər kimi güc ötürücülərini aradan qaldıran dizayn bunun əvəzinə maye idarəetmə sistemindən istifadə edir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Yamaha-nın yaratdığı konsepsiya üçün "su ilə çalışır" və ya su motoru olan bir məhsul demək doğru deyil. Çünki yaradılan konsepsiya dizaynı arxa təkəri gücləndirən zəncir, kəmər və ya mil sürücüsünü dəyişdirir. Bu dəyişiklik su təzyiqindən faydalanan bir hidrolik sistem olduğuna görə motosikletin su ilə işlədiyi düşünülür. Bu layihənin tamamilə su ilə işləməyən, ancaq su nasosuna ehtiyacı olan bir motosiklet olduğunu söyləyə bilərik. Velosiped dizaynında istifadə olunan və suyun pompalanmasını təmin edən yenilik əslində motosiklin mühərrikini təmsil edir.
Yamaha-nın bu motosikleti istehsal edib etməyəcəyi hələ ki məlum deyil.