Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kinolarımız "vayn", seriallarımız isə bir-birinin təkrarıdır"

Tarix: 14 Avqust 2020 17:15

Təqribən 7-8 il əvvəl milli serial və kinomuzun inkişafına xeyli dəstəklər oldu. Televiziyalar, film salonlarına şəxsi vəsaitlər ayrıldı, dövlət büdcəsindən pullar verildi. Bir sözlə, inam var idi. Zaman göstərdi ki, kinolarımız "vayn", seriallarımız isə bir-birinin təkrarı oldu.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Cavid Gül sosial şəbəkədə yazıb. O, ötən gün telekanallarda xarici serialların yayımlanmasına icazə verilməsi məsələsindən bəhs edib.

Cavid bildirib ki, yerli seriallarımız uğursuz alınır. Aparıcı yeni qərarın rejissor və aktyorları narahat etdiyini vurğulayıb:

"Kanal loqolarını görməsən, eyni serialın getdiyini düşünmək olar. Bu gün bu sektorda çalışanlar təşvişə düşüb ki, yerli kanallarda xarici serialların yayımı başlayacaq. Əgər bu məhsulu insanlar almırsa, marketlər onu miyə satsın? Bəli, alınmadı, böyük pullar xərcləndi, bacarıqsız, əxlaqsız, vicdansız insanlara çox yer ayrıldı, amma bu işə can yandıranlar da oldu. Hətta istəkləri, arzuları ürəyində qalanlar da.

Hörmətli, televiziya rəhbərləri əsl peşəkarlara yenidən şans verin. Bəlkə bu dəfə... Puluna, reklamına, tapşırığına, yekə danışmağına, işinə qiymət verin".

Milli.Az


Etiketlər:  Kinolarımız vayn seriallarımız isə bir birinin təkrarıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ