Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

MTRŞ-da ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub

MTRŞ-da ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub

Tarix: 14 Avqust 2020 19:00

Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclasda 1-10 avqust 2020-ci il tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

5 avqust 2020-ci il tarixdə "Xəzər" televiziya kanalının efirində saat 18.00 - 19.00 arası müddətdə 16 dəqiqə 50 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "Xəzər" televiziya kanalının efirində 23 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

Həmçinin, 8 avqust 2020-ci il tarixdə "ARB" televiziya kanalının efirində saat 09.00 - 10.00 arası müddətdə 16 dəqiqə 20 saniyə reklam yayımlanması ilə "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq "ARB" televiziya kanalının efirində 17 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul edib.


Etiketlər:  MTRŞ ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ