Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Avqust 2020 23:39
ABŞ və Kanadadan olan alimlər koronavirus infeksiyasının ionlaşdırıcı şüalanmaya əsaslanan metoddan istifadə edərək müalicəsini təklif edib.
Sonxeber.net xəbər verir ki, Kanadadakı Ceka Adi Xərçəng Mərkəzinin Tibbi Fizika şöbəsinin alimləri aşağı dozalı rentgen şüalarının sətəlcəmdən ölümləri orta hesabla 20% azaltmaq qabiliyyətini bildirib.
"Sətəlcəm alveolalar iltihablandıqda və maye ifraz etdikdə qaz mübadiləsi funksiyasını pozan zaman infeksiyaya immun reaksiya olaraq meydana gəlir. Viral infeksiyada immun hüceyrələr iltihablı sitokinlər və kemokinləri sintez etmək üçün buraxılır. Bu halda aşağı dozada şüalanma iltihab əleyhinə təsir göstərir" , - tədqiqatçılar açıqlamada qeyd ediblər.
Öz növbəsində, ABŞ-da bu üsulu koronavirus xəstələrinə xəstəxanada sınayıblar. Bu müalicəni alanlar daha tez sağalıb. Lakin tədqiqatçılar qeyd edirlər ki, bu metodun nəticələri hələ tam öyrənilməyib.
Digər alimlər aşağı dozalı radiasiya terapiyasının COVİD-19-da iltihabı azalda biləcəyinə inanır, eyni zamanda koronavirusla mübarizə üçün lazım olan immun sisteminin B və T hüceyrələrini öldürə bilər. (publika.az)