Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ Polşada qoşunlarının sayını artırır

ABŞ Polşada qoşunlarının sayını artırır

Tarix: 15 Avqust 2020 15:32

Bakı. Trend:

ABŞ və Polşa arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb.

Trend-in məlumatına görə, sazişə əsasən, ABŞ-ın Polşadakı hərbi qulluqçularının sayı daha min nəfər artırılacaq.

Bundan başqa, ABŞ Quru Qoşunlarının beşinci korpusunun komandanlığı Polşada yerləşəcək.

Sənədi ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Polşanın Milli müdafiə naziri Mariuş Blaşak imzalayıb.

Qeyd edək ki, hazırda Polşada 5 min ABŞ hərbçisi qulluq edir. Bir müddət əvvəl ABŞ Almaniyadakı hərbi kontingentini azaldacağını bildirmişdi.


Etiketlər:  ABŞ Polşada qoşunlarının sayını artırır


RƏYLƏR