Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 22:27
Həddən artıq çəki orqanizmdə piy anbarının üstələməsi ilə bağlıdır. Köklük böyrək, ürək, qaraciyər və bir çox digər orqanlara ciddi ziyan vura bilər, bud və diz oynaqları də bundan zərər çəkə bilər. Artıq çəki ümumi səhhətinizə real təhlükədir.
Artıq çəkisi olan insanlarda yüksək qan təzyiqi, ürək xəstəlikləri, şəkərli diabet, öd kisəsinin funksiyasının pozğunluğu, qaraciyər piylənməsi və s. kimi xəstəliklərin inkişafı riski olduqca çoxdur.
Sonxeber.net saqlamheyat.az-a istinadla artıq çəkini azaltmaq və orqanizmi ziyanlı maddələrdən təmizləmək üçün sizə kömək edəcək sadə resept təqdim edir.
İnqrediyentlər:
- Su - 3 lt
- 1 limon
- 60 qram cəfəri
Hazırlanması:
Xırda oğranmış cəfərini, şirəsi sıxılmış limonla qarışdırın, sonra onların üzərinə su tökün və blenderden keçirin.
Qəbul qaydası:
5 gün ərzində acqarına bu içkini qəbul edin. Qəbul etdikdən əvvəl qarışımı hər dəfə qarışdırın.
Bundan sonra siz 10 gün fasilə etməlisiniz. Əgər yenidən etmək istəsəniz 10 gündən sonra eyni qaydada başlaya bilərsiniz.
Bu içkidəki minerallar və vitaminlər sizin bütün orqanizmi təmin edir və piylərin yanması prosesini daha da artırır.
Cəfəri bədəndən artıq mayenin çıxarılması prosesində faydalıdır və həmçinin həzm prosesini yaxşılaşdırır, beləliklə meteorizmi aradan qaldırır.