Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Avqust 2020 23:44
Məşhur sosial şəbəkələrdən olan İnstaqram saxta hesablarla daha ciddi mübarizə aparacaq.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkət rəsmiləri saxta hesabların aşkarlandığı halda mütləq silinəcəyini açıqlayıb.
Bildirilib ki, saxta hesablarla mübarizə aparmaq göründüyü qədər asan deyil. Buna görə də, saxta hesablardan qurtulmaq üçün kimlik təsdiqinə ehtiyac olacaq.
Yeniliyə əsasən, saxta olduğu barədə şübhəli məqamlar aşkarlandıqda kimlik təsdiqi ilə bağlı sorğu göndəriləcək. Sorğunu dolduranların hesabı açıq qalacaq. Sorğunu doldurmaq üçün tələsməyənlərin hesabı isə daha az şəxsə çatdırılacaq. Bunun üçün istifadəçiyə bəlli bir müddət veriləcək, müddət başa çatdıqda isə hesab silinəcək.