Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənilər Feysbukdakı paylaşımları deyil, şərhlərimizi toplayaraq təhlil edirlər

Ermənilər Feysbukdakı paylaşımları deyil, şərhlərimizi toplayaraq təhlil edirlər

Tarix: 20 Avqust 2020 20:20

"Ermənistanın xüsusi xidmət orqanları sosial şəbəkədən illərdir ("odnoklasniki"nin populyar vaxtlarından) Azərbaycana qarşı silah kimi istifadə edirlər".

Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə hərbi ekspert Rəşad Süleymanov Feysbuk hesabında məlumat verib.

R.Süleymanov bildirib ki, düşmənin sosial şəbəkələrdəki fəaliyyətini ümumiləşdirərək iki qrupda cəmləşdirmək olar: "Birincisi, saxta məlumatlar (dezinformasiya) yaymaqla gündəmi manipulyasiya edir, bu zaman panikaya dönüb kütlə halında hərəkət edən istifadəçilər üzərindən özünə lazım olan məlumatları toplayır. Buna qərb qaynaqlarında OSINT (açıq qaynaq kəşfiyyatı) deyilir. İkincisi isə özünü daha çox tanıdır və xofunu artırmağa çalışır.

Birinci qrupda fəaliyyətlər daha dinamik aparılır. Ordunun komandir heyətinin hədəfə alınması, xalq-ordu, əsgər-komandir arasında münasibətlərin pozulmasına yönələn fəaliyyətlər, xüsusilə də cəbhə xəttində xidmətdə olan və düşmən üçün prioritet təşkil edən istiqamətlərdə komandir heyətinə qarşı yönələn fəaliyyətlər daha açıq nəzərə çarpır".

Hərbi ekspert bildirib ki, düşmənin əsas diqqət yetirdiyi iki sosial şəbəkə var: İnstaqram və Feysbuk: "Gənclərin daha çox cəmləşdiyini və kontentinin dünya görüş səviyyəsini nəzərə alsaq, İnstaqramın ilkin informasiya mənbəyi kimi əhəmiyyəti böyükdür. Başqa sözlə, İnstaqram bütün mövzuların sərbəst danışıldığı qəsəbə çayxanası kimi görünür.

Orta yaşlı, xüsusilə də ehtiyatda olan zabitlərin cəmləşdiyi Feysbuk isə daha ciddi xəbər mərkəzi sayılır. Feysbukda paylaşımlar deyil, şərhlərin toplanması və analizləri aparılır. Tovuz döyüşləri sosial şəbəkələrin müsbət və mənfi tərəflərini üzə çıxardı. Etiraf eləməliyik ki, döyüşlərin son günlərində sosial şəbəkələrin Azərbaycan seqmentinə "soxulmağı bacaran" düşmən "diversantları" ictimaiyyət arasında sonrakı günlərdə söz-söhbətə, suallara yol açan bir çox zərərləri vura bildi. İndi bəzi ekspertlər döyüş əməliyyatları zamanı panika yaradacağını əsas gətirib sosial şəbəkələrə girişin məhdudlaşdırılmasının vacibliyini önə çəkirlər. Unutmamalıyıq ki, "dərə yiyəsiz qalanda çaqqallar yuva salır". Digər ölkələrin təcrübəsi isə onu deməyə əsas verir ki, əslində bu addım daha çox ziyan verər, nəinki şəbəkələrin açıq olması. Nəzərdən qaçırmamalıyıq ki, dezinformasiyaların yayılmasında əsas rolu informasiyasızlıq oynayır".

Mütəxəssis xüsusilə vurğulayıb ki, müharibə zamanı önəmli olan yalnız informasiya vermək deyil, həmçinin onların idarə edilməsidir: "İdarə olunmayan informasiyalar böhranların yaranması ilə nəticələnir (Rand Corporation).

Dezinformasiyaların qarşısının alınması isə aramsız "informasiya hücumları" (bombardmanları) ilə mümkündür (David Ronfeldt). Xüsusi qruplar düşmənin informasiyalara məsul qurumları və şəxslərini məşğul edəcək, onları müdafiə açıqlamaları verməyə  məcbur edəcək şəkildə aramsız informasiyalar (təkzib edilməsi mümkün olmayan saxta məlumatlar daxil) ötürməlidirlər. Daxili publikaya hədəflənən informasiyalar həm də mesajlar şablon şəklində deyil, ictimaiyyətin qəbul edəcəyi üslubda, ictimai-siyasi sferada tanınmış şəxslərin dilindən çatdırılmalıdır. Əks halda insanlar informasiya aclığını xaricdə oturub ağlına gələni danışanlar vasitəsilə qarşılamağa çalışacaqlar. Böhran da məhz o zaman yaranacaq".


Etiketlər:  Ermənilər Feysbukdakı paylaşımları deyil şərhlərimizi toplayaraq təhlil edirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ