Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qobustanda ağır qəza: Bir ölü, iki yaralı

Qobustanda ağır qəza: Bir ölü, iki yaralı

Tarix: 20 Avqust 2020 23:46

Qobustanda ağır yol qəza hadisəsi baş verib.

Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 104- cü kilometiriliyində Qobustan rayonu ərazisində qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki,Qobustan rayon Çuxanlı kənd sakini, 2000-ci il təvəllüdlü Qüdrət Şahverdiyevin idarə etdiyi minik maşını eyni istiqamətdə  hərəkətdə olan, Qobustan rayon Təklə kənd sakini 1962-ci il təvəllüdlü Bəybala Cəbrayılovun idarə etdiyi yanacaq daşıyan yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Qəzanın gücündən, avtomobilin ön hissəsi yararsız hala düşüb.

Hadisə zamanı avtomobildə olan sərnişin Qobustan rayon Çuxanlı kənd sakini 1978-ci il təvəllüdlü Sevda Şahverdiyeva, onun oğlu sürücü Qüdrət Şahverdiyev ağır bədən xəsarətləri ilə Xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Avtomobildə olan digər sərnişin onların həmkəndlisi 2000- ci il təvəllüdlü Aytac Məmmədova isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Qobustanda ağır qəza ölü yaralı


RƏYLƏR