Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2020 08:24
Yeni növ koronavirusa qarşı vaksinin yaradılması pandemiyanı tezliklə aradan qaldırmayacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə brifinqdə söyləyib. O deyib: "Vaksin həyati vacib alət olacaq. Ümidvarıq ki, vaksin bizdə mümkün qədər tez olacaq". Bununla yanaşı, ÜST-nin rəhbəri bildirib ki, vaksinin meydana gəlməsinə "təminat yoxdur".
"Hətta vaksini əldə etsək belə bu, pandemiyanın başa çatmasına gətirib çıxarmayacaq", - deyə Baş direktor vurğulayıb. Onun sözlərinə görə, COVID-19-ın fəsadları haqqında heç də hər şey tibbə məlum deyil: "Hərçənd biz bu xəstəlik haqqında çox şey öyrəndik. Bizim 8 aylıq təcrübəmiz var. Lakin biz uzunmüddətli fəsadlar barədə hələ də az məlumatlıyıq".