Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir neçə nəfər də cərimələnib

Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir neçə nəfər də cərimələnib

Tarix: 23 Avqust 2020 12:04

Bakı. Trend:

Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov, onun həyat yoldaşı, Azərbaycanın Ombudsmanı Səbinə Əliyeva da cəzalandırılıb.

Trend-in məlumatına görə, S.Novruzov və həyat yoldaşı Səbinə Əliyeva Daxili İşlər Nazirliyi tərəfindən 400 manat cərimə olunublar. Bundan başqa, Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəllinin xanımı Aysel Teymurzadə də eyni məbləğdə cərimə olunub.

Faktı Trend-ə DİN-in Mətbuat Xidmətindən təsdiq ediblər.


Etiketlər:  Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha neçə nəfər cərimələnib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ