Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qanun qarşısında hamı bərabərdir - Rauf Əliyev

Qanun qarşısında hamı bərabərdir - Rauf Əliyev

Tarix: 24 Avqust 2020 09:30

Bakı. Trend:

Artıq neçə aydır ki, COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri məqsədi ilə respublikamızda karantin rejimi tətbiq olunub və bu rejim hələ davam edir. Bu rejimin tətbiq ediməsində əsas məqsəd Azərbaycan vətəndaşının sağlamlığının qorunub saxlanmasıdır. Koronavirus pandemiyasına qarşı aparılan, digər ölkələrə nümunə göstərilən kompleks tədbirlər öz müsbət nəticələrini verir. Ancaq çox təəssüflər olsun ki, son vaxtlar bəzi insanlarda arxayınçılıq hissi yaranmış və məsuliyyətsizlik edərək karantin rejimini pozaraq müxtəlif qanuna zidd hərəkətlərə yol verirlər, o cümlədən toy məclisi təşkil edirlər. Bunu ancaq qanun pozuntusu kimi qiymətləndirmək olar. Koronavirus pandemiyası elan edildikdən sonra Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qaydalara görə karantin rejimində toy məclislərinin təşkili qadağandır. Bu qadağalara vəzifəsindən aslı olmayaraq hamı riayət etməlidir. Hər bir vətəndaş, tutduğu vəzifələrdən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq karantin qaydalarına ciddi əməl etməlidir. Hər bir şəxs karantin tədbirlərinin pozulmasına görə hüquqi məsuliyyət daşımalıdır. Azərbaycan hüquqi dövlətdir, hamı qanun qarşısında bərabərdir. Hər kəs öz əməlinə görə məsuliyyət daşıyır.

Katantin dövründə qaydaların pozulması hallarını həm bir vətəndaş kimi, həm də Milli Məclisin deputatı kimi qınayıram və koronavirus pandemiyası dövründə vətəndaşlarımızı karantin rejiminin tələblərinə riayət etməyə çağırıram.

Rauf Əliyev

Milli Məclisin deputatı


Etiketlər:  Qanun qarşısında hamı bərabərdir Rauf Əliyev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ