Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2020 22:24
"Backyard Worlds: Planet 9" adlı həvəskar astronomiya layihəsində iştirak edən könüllülər tərəfindən Günəş sistemi həndəvərində 100-dək "qəhvəyi cırtdan" deyilən planetdən böyük, ulduzdan kiçik cisim aşkarlanıb.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, hər hansı planet sistemlərinə daxil olmayan, hər hansı ulduzun isitmədiyi sözügedən obyektlər bütövlükdə çox soyuq olsa da, bəzilərinin hərarəti Yer kürəsindəkinə nisbətən yaxındır ki, bu da orada su buludlarının olması ehtimalını ortaya çıxarır.
"Bu soyuq dünyaları kəşf etməklə biz Günəş sistemi xaricində planetlərin əmələ gəlməsini, oradakı atmosferlərin quruluşunu öyrənə bilərik. Bununla biz Günəş ətrafında bu kimi dünyaların dəqiq sayını öyrənmək imkanı qazanırıq", - araşdırmanın həmmüəlifi Aaron Maysner bildirib.