Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Avqust 2020 14:10
Bu gün saat 21:30-da "MTV Azərbaycan"da "Bərabərik" adlı layihəyə başlanacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, nazirlik və "MTV Azərbaycan"ın birgə təşəbbüsü olan layihə çərçivəsində istedadlı və gözəl səsə malik əlilliyi olan şəxslərlə bir sıra tanınmış müğənnilərin birgə ifalarının yer aldığı silsilə verilişlər təqdim ediləcək.
Layihənin məqsədi əlilliyi olan şəxslərin timsalında əlilliyin istedad və bacarıqlara, öz arzularını reallaşdırmağa əngəl olmadığını cəmiyyətə aşılamaqdır.
Əlillik həmin şəxslərin istedadlarına, yaşayıb-yaratmaq əzminə mane ola bilmədi, əksinə, onlar öz arzularına doğru inamla addımlayırlar. Yeni layihə də bunu özündə təcəssüm etdirir.