Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2020 18:39
Bakı. Ceyhun Ələkbərov - Trend:
Axşam pik saatı olduğundan hazırda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Ən çox sıxlıq Ziya Bünyadov prospektində müşahidə olunur. Bu ərazidə baş verən yol nəqliyyat hadisəsi hərəkəti daha da çətinləşdirib.
Sıxlıqlar səbəbindən hazırda bir çox müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkətində gecikmələr müşahidə olunur.
Bunu nəzərə alaraq Agentlik fərdi avtomobil sürücülərindən avtobuslara qarşı anlayışlı olmalarını və onların hərəkətinə maneə yaratmamağı xahiş edir.
Hazırda bu yollarda tıxac var:
Z.Bünyadov prospekti hər iki istiqamət
A.Mustafayev küçəsi- 3-cü Mikrorayon dairəsinə düşən yol Z.Bünyadov istiqaməti
Binəqədi şossesi - "Azadlıq" mt/s-nın yanından Binəqədi qəsəbəsi istiqamətində
K.Rəhimov küçəsi hər iki istiqamət - sıxlığın aradan qaldırılması üçün yaşıl dalğa tətbiq edilir
R.Behbudov küçəsi - sıxlığın aradan qaldırılması üçün yaşıl dalğa tətbiq edilir
Neftçilər prospekti Ə.Əliyev küçəsi ilə kəsişmə sıxlığın aradan qaldırılması üçün yaşıl dalğa tətbiq edilir
A. Bakıxanov küçəsi R.Behbudov küçəsi istiqaməti - sıxlığın aradan qaldırılması üçün yaşıl dalğa tətbiq edilir
Moskva prospekti 20 Yanvar dairəsi istiqaməti
Q.Qarayev prospekti- 8-ci km Bazarın qarşısı- Dakar dairəsi istiqamətində