Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya Bankındakı səhv məlumatlara görə Azərbaycan ''Doing Business'' reytinq cədvəlində aşağı düşüb - RƏSMİ

Dünya Bankındakı səhv məlumatlara görə Azərbaycan ''Doing Business'' reytinq cədvəlində aşağı düşüb - RƏSMİ

Tarix: 28 Avqust 2020 23:48

Bakı. Ləman Zeynalova - Trend:

Dünya Bankının əməkdaşları Doing Business 2018 və Doing Business 2020 hesabatlarında məlumatlarda səhv dəyişikliklər edilməsi ilə əlaqədar Bankda bir sıra daxili pozuntular olduğunu bildirib.

Bankının baş ofisindən Trend-ə bildirilib ki, məlumatların səhv dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb.

"Məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlməyib. Yoxlama və auditlər bu proseslərdə nələrin baş verdiyini təsdiqləməyimizə kömək edəcək", - Bankdan deyilib.

Bununla DB (Dünya Bankı) nümayəndəsi daxili qiymətləndirmə prosesindəki səhvləri təsdiqləyib. Bu səhvlər Azərbaycan üçün göstəricilərin aşağı göstərildiyi Doing Business hesabatında buraxılıb. Ümid edirik ki, DB tezliklə bu səhvləri aradan qaldıracaq və müvafiq ildə Azərbaycanın inkişafını əks etdirən daha dəqiq məlumat verəcəkdir.

Qeyd edək ki, Doing Business-2018 cədvəlində 190 ölkə arasında Azərbaycan reytinqdə 57-ci yeri, Doing Business 2020-də isə 190 ölkə siyahısında 34-cü yeri tutub.

Daha əvvəl DB illik Doing Business reytinqinin hazırlanması zamanı yol verilən pozuntuların qiymətləndirilməsi müddətinə açıqlamaların dayandırılacağını elan edib.

"Wall Street Journal"a görə, keçmiş hesabatlar dörd ölkə - Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün məlumatları səhv dəyişdirə bilərdi.

Dünya Bankının Müstəqil Daxili Audit Departamenti son beş Doing Business hesabatındakı məlumatları nəzərdən keçirəcək və qiymətləndirəcəkdir, işin nəticələrinə görə pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları retrospektiv şəkildə düzəldiləcək.

Növbəti Doing Business reytinqi 2020-ci ilin oktyabrında dərc edilməlidir.


Etiketlər:  Dünya Bankındakı səhv məlumatlara görə Azərbaycan Doing Business reytinq cədvəlində aşağı düşüb RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ