Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 14:50
Paytaxtda saxta spirtli içkilər satan şəxslər yaxalanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə avqustun 20-də Nəsimi rayonu ərazisində yerləşən mağazaların birində işçinin Bakı şəhər sakini A. Əhmədovu aldadaraq 550 manat dəyərində kustar üsulla hazırlanmış keyfiyyətsiz spirtli içkilər satması barədə müraciət daxil olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən paytaxt sakini R. Zairov, Sumqayıt şəhər sakinləri Ş. Hüseynov, V. Ağababayev, Z. Fərəcov və Gəncə şəhər sakini Z. Əsədov saxlanılıblar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178.3.1-ci maddəsi (dələduzluq - mütəşəkkil dəstə tərəfindən törədildikdə) ilə cinayət işi başlanıb.