Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2020 19:52
Təyyarə Londondan Sidneyə qədər məsafəni cəmi 5 saata qət edə biləcək. Bu marşrut ümumiyyətlə demək olar ki, bir gün çəkir. Virgin Galactic" şirkəti səs sürətini üstələyən sərnişin təyyarəsi üçün bir konsepsiya dizaynını işləyib və yeni modelin görünüşünü nümayiş etdirib.
Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, təyyarə səs sürətindən üçqat daha yuxarı 3700 km/s sürəti yığa bilir. Bu, ona Londondan Sidneyə qədər olan məsafəni cəmi 5 saata qət etməyə kömək edəcək. Bu marşrut ümumiyyətlə demək olar ki, bir gün çəkir. Belə bir təyyarə sərnişinləri Londondan Nyu-Yorka iki saatdan az müddətə çatdıra bilər. Bu sərnişin təyyarəsi 18.300 metr yüksəklikdə uçmaq və 9-dan 19 nəfərə qədər sərnişin daşımaq üçün hazırlanacaq.