Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təhqiramiz sözləri nəzakətli sözlərlə əvəz edən şrift yaradıldı

Təhqiramiz sözləri nəzakətli sözlərlə əvəz edən şrift yaradıldı

Tarix: 29 Avqust 2020 22:52

"Çirkindir" əvəzinə "Ənənəvi olaraq gözəl deyil".

"TietoEvry" mütəxəssisləri təhqiramiz sözləri avtomatik olaraq nəzakətli sözlərlə əvəz edən şrift yaratdılar.

Şrift "Polite Type" adlanır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, şriftdə yerləşdirilmiş lüğətə əsaslanan xüsusi mətn tanıma alqoritmlərindən istifadə edilir.

Hazırda sistemdə təxminən iki min söz və ifadə mövcuddur. Proqramçılara görə, yeni şrift istənilən mətn redaktorunda işləməlidir.

Nəzakətli şrift belə işləyir:

İstifadəçi "çirkindir"

(red: ingiliscə "she is ugly") yazmaq istəsə, şrift bunu (red: ingiliscə "she is not traditionally beautiful") "ənənəvi olaraq gözəl deyil" cümləsi ilə düzəldəcək. Ayrıca, "Polite Type" bütün qeyri-etik sözləri, məsələn, "fuck" kimi sözləri gizlədir və onu bir qədər neytral aqressiv sözlərlə əvəzləyir.

Məsələn, "səndən nifrət edirəm"(I hate you), "sizinlə razı deyiləm" (I disagree with you) şəklində düzəldiləcək.

Şriftin müəllifləri onlayn ünsiyyəti daha nəzakətli və mədəni etmək istəyirlər.


Etiketlər:  Təhqiramiz sözləri nəzakətli sözlərlə əvəz edən şrift yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ