Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2020 00:51
Bakı. Trend:
2020-ci ilin 29 avqust tarixində Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb. Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfiksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib.
Univeristetdən Trend-ə verilən məlumata görə, MDU-da mütəmadi olaraq keçirilən dezinfeksiya tədbirləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində həyata keçirilir.
Paralel olaraq, MDU kollektivi və tələbələri arasında COVID-19 infeksiyası ilə mübarizəyə dair maarifləndirmə işləri də davam etdirilir.