Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu süd məhsulu qaraciyər üçün xeyirlidir

Bu süd məhsulu qaraciyər üçün xeyirlidir

Tarix: 30 Avqust 2020 20:48

Süd məhsulları içərisində fosfor və kalsiumla zəngin olan kəsmiyin xüsusi yeri var. Özündə ehtiva etdiyi zülal, B qrupu vitaminləri və amin turşuları onu qaraciyər xəstəliklərinin profilaktikası üçün ən xeyirli qidalardan birinə çevirir.

Milli.Az xəbər verir ki, kəsmik yağlılıq dərəcəsinə görə yağlı, yağsızlaşdırımış və pəhriz növlərinə bölünür. Diyetoloqların fikrincə, maddələr mübadiləsinin tənzimlənməsində xüsusi rol oynayan az yağlı məhsuldan istifadə daha məqsədəuyğundur.

Kəsmiyin amin turşuları və doymamış yağ turşuları ilə zəngin olması onun bütün yaş dövrlərində qəbul olunmasını zəruri edir.

Onu yeni doğulan uşaqların qida rasionuna daxil etmək olmaz. Yalnız 6 aydan sonra vermək məsləhət görülür. Mütəxəssislər mənşəyi, hazırlanma şəraiti məlum olmayan, saxlanma müddəti ötmüş məhsulun sağlamlığa ciddi ziyan vurduğunu bildirilər. Elə buna görə də kəsmik alarkən bir sıra məqamlara mütləq diqqət yetirmək lazımdır. Hər şeydə olduğu kimi burada da ifrata varmaq məsləhət görülmür. Rasiona gündəlik olaraq 150-200 qram kəsmik əlavə edilə bilər. (publika.az)

Milli.Az


Etiketlər:  Bu süd məhsulu qaraciyər üçün xeyirlidir


RƏYLƏR